Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan - Albaniya münasibətləri yeniliklərə imza atır 

Azərbaycan Albaniya tərəfindən onun ərazi bütövlüyünə göstərilən dəstəyi yüksək qiymətləndirir və onu qarşılıqsız qoymur...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci ilin noyabr ayının 15-də dost Albaniya Respublikasına səfər edib. Bu Azərbaycan Prezidentinin Albaniyaya ilk səfəridir. Səfərin məqsədi ölkələr arasında olan dostluq və iqtisadi münasibətləri daha da inkişaf etdirərək yüksək səviyyəyə çatdırmaqdır. Azərbaycan Prezidentinın Albaniya Respublikasının Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama ilə görüşü olub. Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Azərbaycan və Albaniya arasındakı diplomatik münasibətlər hələ 1993-cü il sentyabr ayından başlayıb. Bu müddətdə ayrı-ayrı vaxtlarda Albaniyanın Prezidenti İlir Meta və Albaniyanın Baş naziri Edi Rama siyasi məsələlərlə bağlı Azərbaycana səfər ediblər. Ümumiyyətlə bu günə qədər Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. Albaniyanın  Azərbaycanın ərazi bütövlünü tanıması demək olar ki, bütün məsələlərdə öz əksini tapır. Buna misal olaraq işğal dövrünü və İkinci Qarabağ müharibəsini qeyd etmək olar. Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışında İkinci Qarabağ müharibəsində Albaniyanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib  və vurğulayıb ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir və  Azərbaycan Albaniyaya qarşı münasibətlərində öz mövqeyini qoruyub saxlayır. Eyni zamanda Azərbaycan Albaniya tərəfindən onun ərazi bütövlüyünə göstərilən dəstəyi yüksək qiymətləndirir və onu qarşılıqsız qoymur. 

Azərbaycan - Albaniya arasındakı iqtisadi əməkdaşlıq münasibətlərində 2016-2017-ci illərdə canlanma müşahidə edilir. İqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qruplarının müzakirə etməli olduqları məsələlərin sayı olduqca çoxluq təşkil edir və bunlardan ən önəmli əməkdaşlıq istiqamətlərindən biri də qaz sahəsidir. Azərbaycan Albaniya ilə eyni zamanda qarşılıqlı münasibətlərin mövcudluğu və qarşılıqlı sərmayə qoyuluşu nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə turizm, kənd təsərrüfatı, yeni müəssisələrin yaradılması, müasir texnologiyalardan istifadə kimi məsələləri daha da genişləndirilmiş formada həyata keçirməyi nəzərdə tutur. 

Azərbaycan və Albaniya TAP layihəsinin üzvüdürlər, və Cənub Qaz Dəhlizinin icrasında Azərbaycanın özünəməxsus rolu vardır. Azərbaycan ilə Albaniyanin qarşılıqlı münasibətlərinin genişliyindən bəhs edərkən qeyd edə bilərik ki, AzərbaycanAvropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının əksər toplantılarında Albaniya nümayəndələri çox fəallıqla iştirak ediblər. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında imzalanmış əməkdaşlıq Memorandumuna əsasən 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatının iki dəfə artırılması nəzərdə tutulmuşdur. Artıq ölkəmiz Avrova İttifaqının rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi qiymətləndirilir. Azərbaycanın qaz ehtiyatlarının olduqca zənginliyi danılmaz faktdır, buna görə də həm TAP, həm də TANAP qaz kəmərlərinin iki dəfə genişləndirlməsi məsələsi müzakirə olunmaqdadır. Artıq "Cənub qaz dəhlizi"nin ayrılmaz hissəsi olan bu hər iki kəmərin genişləndirilməsinin müzakirə olunması onu bildirir ki, buna böyük ehtiyac var, tələbat var. Azərbaycanın Avropa İttifaqı tərəfindən etibarlı əməkdaş kimi qiymətləndirilməsi Azərbaycan və Albaniya arasında olan münasibələri daha da genişləndirir və buna uyğun olaraq da Azərbaycan investor kimi iştirak edərək Albaniyada bu günə qədər mövcud olmayan qaz şəbəkəsinin yaradılmasına şərait yarada bilər. Qeyd edək ki, Azərbaycan əvvəlki dövrlərdə NATO-ya üzv olmayan ölkələr sırasında idi. NATO ilə Azərbaycan arasındakı əməkdaşlıq 1994-cü ilə təsadüf edir. Azərbaycan uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəallıqla iştirak edib. Biz Əfqanıstandan çıxan son iki ölkədən biriyik (Türkiyə və Azərbaycan). Qalan bütün üzvlər bizim ölkəmizdən qabaq oradan çıxmışdılar. Albaniya da NATO-nun bir üzvü kimi NATO-Azərbaycan münasibətlərinə həmişə böyük dəstək vermişdir.

2023-cü ilin sentyabr ayında Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlərin 30 ili tamam olur. Bu münasibətlərin 30-cu ildönümü ilə bağlı gələn il Albaniya Respublikasında “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır.

Fəxriyyə Ağayeva  - Xırdalan sakini,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrı

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar